ABŞ prezidentliyinə demokrat namizəd Kamala Harris debatda məğlub olub.
Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Tramp özünün “Truth” sosial platformasında bildirib. “O, dünən gecə debatı uduzdu”,-deyə paylaşımda bildirilir.
Trampın sözlərinə görə, Amerika seçicilərinin üçdə biri ABŞ-ın bəzi mühüm siyasət məsələlərində Harrisin mövqeyini belə başa düşmür.
Bir müddət əvvəl Amerikanın Responsible Statecraft jurnalı yazmışdı ki, Tramp və onun rəqibi Harris arasında debat göstərdi ki, ABŞ prezidentliyinə namizədlərdən heç biri müasir münaqişələrin, o cümlədən Ukrayna müharibəsinin səbəblərini başa düşmür və onların həlli yolunu arzulamır.
//Gülnarə Abasova, Editor.az