Tramp həftəsonu Yaxın Şərqə səfər edə bilərbackend

Tramp həftəsonu Yaxın Şərqə səfər edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı danışıqlar çərçivəsində oktyabrın 11-i və ya 12-də Yaxın Şərqə səfər edə biləcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, Tramp danışıqların yaxşı irəlilədiyini və razılığa nail olunacağına dair “yüksək ehtimalın” olduğunu bildirib.

“Yəqin ki, həftənin sonuna, təxminən oktyabrın 12-nə kimi orada olacağam”, – deyə ABŞ lideri qeyd edib. O, səfərin şənbə və ya bazar günü baş tuta biləcəyini də istisna etməyib.

Xatırladaq ki, Tramp oktyabrın 3-də Truth Social sosial media platformasında paylaşım edərək xəbərdarlıq etmişdi: əgər Fələstin hərəkatı oktyabrın 5-i axşama qədər sülh planının şərtlərini qəbul etməsə, HƏMAS “görünməmiş cəhənnəmlə” üzləşəcək.

// Gülnarə Abasova, Editor.az