Tramp: “Hər deportasiya üçün məhkəmə baş tutsa, bu 200 il çəkər”backend

Tramp: “Hər deportasiya üçün məhkəmə baş tutsa, bu 200 il çəkər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ deportasiya edilən hər bir mühacirə məhkəməyə müraciət etmək hüququ verə bilməz, elə olsa hər proses 200 il çəkər”.

Editor.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Mən seçdiyim işi edirəm, yəni bu iş cinayətkarları ölkədən deportasiya etməkdir, amma məhkəmələr bunu etməyimi istəmir. Biz onların hər biri üçün mühakimə keçirə bilmərik, çünki bu, şişirtmirəm, bəlkə də 200 il çəkər. Çünki o halda yüz minlərlə insanı ölkəmizdən qanunsuz çıxarmış olarıq yüz minlərlə sınaqdan keçmək nə qədər gülünc bir vəziyyətdəyik”, – deyə Tramp bildirib.

Qeyd edək ki, yanvarın 20-də ABŞ-ın 47-ci prezidenti kimi ilk müraciətində Tramp qeyri-qanuni mühacirlərin ölkəyə girişini dərhal dayandıracağını və milyonlarla immiqrantın deportasiyası prosesinə başlayacağını demişdi.

//Gülnarə Abasova, Editor.az