Tramp Hindistanın baş nazirinə dörd dəfə zəng vursa da telefonu açmadıbackend

Tramp Hindistanın baş nazirinə dörd dəfə zəng vursa da telefonu açmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə 4 dəfə telefonla əlaqə saxlamağa cəhd edib, lakin baş nazir cavab verməyib.

Editor.az bu barədə Almaniyanın Frankfurter Allgemeine Zeitung (FAZ) qəzetindəki mənbənin məlumatına istinadla xəbər verir.

“Tramp son həftələrdə Hindistanın baş naziri ilə telefonla əlaqə saxlamaq üçün dörd cəhd edib. Lakin baş nazir danışmaqdan imtina edib”,-deyə məlumatda bildirilib.

Jurnalistlər ABŞ-ın Hindistan iqtisadiyyatı və ABŞ-ın tariflər tətbiq etməsi ilə bağlı aşağılayıcı bəyanatlarına görə Modinin hələ Amerika lideri ilə danışıqlara hazır olmadığını irəli sürürlər.

//Gülnarə Abasova, Editor.az