ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinin Venesuela sahillərində bir gəmini atəşə tutub.
Bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.
O bildirib ki, ABŞ donanması bir neçə dəqiqə əvvəl narkotiklərlə dolu bir gəmini atəşə tutub.
Hələ ki hadisə ilə bağlı əlavə detallar açıqlamayıb.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın üç esminesi Venesuela sahillərinə yerləşib. Ağ Ev bunun “narkokartellərə qarşı əməliyyatlar” olduğunu bəyan edib. Venesuela Prezidenti Nikolas Maduro isə ölkəsinin son 100 ilin ən böyük hərbi təhlükəsi ilə üz-üzə olduğunu açıqlayıb. Onun sözlərinə görə, ABŞ 1200 raketlər yüklənmiş gəmilərlə Venesualaya hücuma hazırlaşır.
Globalinfo.az

