“100 gündə Vaşinqtonda demək olar ki, 100 ildə ən köklü dəyişikliyi etdik”.
Editor.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp vəzifədə olduğu ilk 100 günü dəyərləndirən çıxışında deyib.
Tramp çıxışının çox hissəsini sərhəd təhlükəsizliyini təmin etmək üçün atdıqları addımlar və iqtisadiyyatda gördükləri barədə danışıb: “Bütün zamanların ən aşağı qeyri-qanuni sərhədi keçmə rekordunu qırdıq. Bu qeyri-qanuni keçidlər bizim dövrümüzdə 99,99 faiz azaldı. Bu, rekord göstəricidir”.
“Biz başqa millətlər üçün döyüşərdik, amma özümüz üçün yox. Nəhayət, sərhədlərimizi və millətimizi qoruyan bir prezidentiniz var”, – Tramp deyib.
Latın Amerikası mənşəli bəzi dəstələri “xarici terror təşkilatı” elan etdiklərini və bu təşkilatların üzvlərini sərhəddə yaxalayaraq Salvadora göndərdiklərini bildirən Tramp mitinqdə bu qeyri-qanuni mühacirləri göstərən video nümayiş etdirib.
//Gülnarə Abasova, Editor.az