Tramp İndoneziya ilə möhtəşəm bir müqavilə imzaladığını deyibbackend

Tramp İndoneziya ilə möhtəşəm bir müqavilə imzaladığını deyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Truth Social səhifəsində ABŞ-ın İndoneziya ilə “fantastik” ticarət razılaşması əldə etdiyini açıqlayıb.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

“İndoneziya ilə hamı üçün vacib razılaşma əldə olunub. Mən birbaşa onların prezidenti ilə danışmışam”,- Ağ Evin prezidenti yazıb.

Tramp müqavilənin təfərrüatlarını tezliklə açıqlayacağına söz verib.

Qeyd edek ki, ABŞ prezidenti əvvəllər avqustun 1-dən İndoneziya da daxil olmaqla bir sıra ölkələrdən gələn mallara rüsumların tətbiq ediləcəyini açıqlamışdı. İndoneziya mallarına tarif dərəcəsinin 32% olacağı gözlənilir.

//Gülnarə Abasova, Editor.az