Tramp: “İran bir çox ölkələr üçün məhsuldar tərəfdaş ola bilər”backend

Tramp: “İran bir çox ölkələr üçün məhsuldar tərəfdaş ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp İranla münasibətlərin gələcəyi barədə danışıb.

Editor.az xəbər verir ki, Tramp bu fikirləri “Fox News” telekanalına müsahibəsi zamanı səsləndirib.

“İran bir çox ölkələr üçün çox məhsuldar tərəfdaş ola bilər. Məncə, Yaxın Şərqdə baş verən zorakılıqların azaldılması istiqamətində əməkdaşlıq üçün imkanlar mövcuddur”, – deyə Ağ Evin rəhbəri bildirib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Tehran diplomatiyaya hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, Vaşinqton və Tehran arasında təmaslar “çox tez-tez” baş verir. Lakin Tramp bu təmaslarda ABŞ-ı kimlərin təmsil etdiyini açıqlamayıb.

Prezident əlavə edib ki, İran İslam Respublikası danışıqlara qayıdacağı təqdirdə, Vaşinqton sanksiyaların ləğvini nəzərdən keçirməyə hazırdır.

// Gülnarə Abasova, Editor.az