Tramp İrana qarşı müharibə variantından getdikcə uzaqlaşır: SƏBƏB NƏDİR?backend

Tramp İrana qarşı müharibə variantından getdikcə uzaqlaşır: SƏBƏB NƏDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri çərçivəsində İranla bağlı müəyyən bəyanatların veriləcəyi gözlənilirdi. Çünki Trampın səfər etdiyi ölkələr və görüşdüyü dövlət başçıları ABŞ-nin İranla bağlı hansı mövqe tutmasını böyük maraqla izləyirdilər. Belə ki, İranın nüvə proqramı ilə bağlı məsələlər birbaşa və ya dolayısı ilə bu ölkələrə də toxunur”.

Bunu Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, Tramp Səudiyyə Ərəbistanında çıxışı zamanı İranla bağlı məsələlərə də toxundu və aparılan danışıqlara münasibətini bildirdi:

“Deməli, ABŞ prezidenti İranın nüvə proqramını dinc yolla həll etməyin tərəfdarı olduğunu bir daha təsdiq edərək sona qədər bu xətti əldə rəhbər tutacağını bildirdi. Danışıqlar nəticə verməsə, İrana qarşı başqa tədbirlərin görüləcəyi Tramp tərəfindən vurğulanıb. Bu tədbirlər isə yeni sanksiyaların tətbiq edilməsi ilə neft ixracının tamamilə dayandırılacağı daxildir.

Maraqlı odur ki, Tramp bu dəfə İranı, ona qarşı ola biləcək hücumla təhdid etməyib. Bu da Ağ ev rəhbərinin İrana qarşı müharibə variantından getdikcə uzaqlaşdığını sübut edir. Deməli, Körfəz ölkələri ilə aparılan danışıqlar Trampa müharibə variantından uzaqlaşmağa kömək edib. Düşünürəm ki, Tramp İranla qarşıdurmada Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinin tövsiyələri ilə hərəkət etmək kursu gtötürüb. Bu kursun İranı hansı dərəcədə təsir edəcəyi hələ məlum deyil. Amma istənilən halda bu kurs İsrailin nail olmağa çalışdığı kursdan tamamilə fərqlənir”.

//Gülnarə Abasova, Editor.az