Tramp İrana son dəfə xəbərdarlıq etdi: İranın buna reaksiyası necə olacaq?-ŞƏRHbackend

Tramp İrana son dəfə xəbərdarlıq etdi: İranın buna reaksiyası necə olacaq?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Trampın İrana son şans kimi danışıqlar təklif etməsi və danışıqların üç raundundan sonra İran rəsmisinin son raund hesab olunan görüş öncəsi bu kimi bəyanat verməsi əslində Trampın İrana danışıqlar nəticəsiz olarsa tətbiq edəcəyi sanksiya və güc söyləməsinə cavab xarakteri daşıyır. İran hələ də özünü ABŞ-la bir tutmağa çalışır. Tramp ilk olaraq İranın neft ixracını sıfıra endirəcəyi ilə hədələyib. Hörmüz boğazı da dünya neftinin 40 faizdən çoxunun daşındığı boğazdır”.

Bu fikirləri Editor.az-a politoloq Azər Qasımov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General-mayor Məhəmməd Baqerinin İran ordusu və İnqilab Keşikçiləri Korpusu (Sepah) Hörmüz boğazında, Körfəzdə və Makran sahillərində döyüş və əməliyyat hazırlığının zirvəsində olması ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Politoloq bildirib ki, İran rəsmisi bu bəyanatla Trampın dediyini həyata keçirməsi durumunda onların da dünya iqtisadiyyatını iflic edə biləcəkləri ilə hədələyir:

“İran Hörmüz boğazını bağlayarsa, doğrudan da belə hal yarana bilər. Amma İran ABŞ-ın hərbi gücünü hesaba almır. Məsələ ondadır ki, İran təsadüfən belə ABŞ hərbi gəmilərinə bir ziyan vursa, İranın Kəngər körfəzində bir üzən qayığı belə qalmaz. İsrail də kənardan bunu gözləyir. Netanyahu Trampla məhz İran məsələsində tərs düşüblər. İran həmişəki kimi başından yekə söz danışır. Rəsmi Tehranın İsrail qarşısında hansı durumlara düşdüyünə dəfələrlə şahid olmuşuq. Hesab edirəm ki, İran yenə də blef edir. Danışıqların son raundu öncəsi söz oyunu edir. Böyük ehtimalla danışıqlar nəticə verəcək. Tramp da Səudiyyə Ərəbistanındakı çıxışında İrana son dəfə xəbərdarlıq etdi. İranın bunu düzgün dəyərləndirəcəyindən əminəm”.

//Gülnarə Abasova, Editor.az