Tramp İranı nüvə obyektlərinə yeni hücumlarla hədələyibbackend

Tramp İranı nüvə obyektlərinə yeni hücumlarla hədələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqton lazım gələrsə, İranın nüvə infrastrukturuna yenidən hücum edəcək”.

Editor.az “Truth Social”-a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial media platformasında yazıb.

Tramp İranın xarici işlər naziri Abbas İrakçinin əvvəlki hücumların əhəmiyyətli zərər verdiyi barədə açıqlamasına müraciət edərək, ABŞ-ın lazım bildiyi təqdirdə eyni hərəkətləri təkrar etməyə hazır olduğunu vurğulayıb.

İyulun 22-də verdiyi açıqlamada İraqçı bildirib ki, ABŞ-ın hücumlarından sonra ölkədə uranın zənginləşdirilməsi işləri dayandırılıb. O, nüvə obyektlərinə ciddi ziyan dəydiyini etiraf etməklə yanaşı, İranın nüvə proqramından əl çəkmək niyyətində olmadığını vurğulayıb.

Həmin gün İranın xarici işlər naziri gələcəkdə Vaşinqtonla birbaşa və bərabərhüquqlu danışıqların mümkünlüyünü istisna etməyib.

//Gülnarə Abasova, Editor.az