Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə 2018-ci ildə prezidentliyi dövründə geri çəkildiyi İran nüvə sazişini bərpa edəcəyini bildirib.
Editor.az bu barədə RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Tramp mətbuat konfransında deyib.
İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı Rusiya, Fransa, Almaniya, İngiltərə, ABŞ və İran arasında sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramını məhdudlaşdırmaq üçün razılaşma kimi imzalanıb. Lakin 2018-ci ildə Donald Tramp başda olmaqla ABŞ bu sazişdən çıxıb və İrana qarşı sanksiyaları bərpa edib. 2019-cu ildən, ABŞ-ın JCPOA-dan çıxmasından düz bir il sonra, İran uranın zənginləşdirilməsi prosesinin tədricən bərpa olunduğunu elan edib və Tehran və Vaşinqton arasında münasibətlər əhəmiyyətli dərəcədə pisləşib.
//Gülnarə Abasova, Editor.az