Tramp: İranla razılaşma əldə edib-etməyəcəyimizə hələ baxacağıqbackend

Tramp: İranla razılaşma əldə edib-etməyəcəyimizə hələ baxacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trump nüvə sazişi əldə olunmadığı təqdirdə İranı ikinci mərhələ ilə hədələyib.

Editor.az xəbər verir ki, Tramp bir gün əvvəl Ağ evdə İsrailin Baş naziri Binyamin Netanyahunu qəbul etdikdən sonra jurnalistlərə açıqlamasında Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlardan gələn ay ərzində nəticə əldə olunacağına ümid etdiyini bildirib.

“İranla razılaşma əldə edib-etməyəcəyimizi görəcəyik. Əgər buna nail ola bilməsək, ikinci mərhələyə keçmək məcburiyyətində qalacağıq. İkinci mərhələ onlar üçün çox ağır olacaq”, – deyə Tramp vurğulayıb.

Digər tərəfdən, ABŞ Prezidenti fosil yanacaqların yandırılması nəticəsində yaranan karbon qazı və digər istixana qazlarının ictimai sağlamlıq və rifah üçün təhlükə yaratdığını müəyyən edən “Təhlükə müəyyənləşdirilməsi” qərarını ləğv edib.

//Gülnarə Abasova, Editor.az