ABŞ prezidenti Donald Tramp G7 sammitində iştirak etməyi planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Sammit 15-17 iyun tarixlərində Kanadada keçiriləcək. Dünya liderlərinin görüşü Kanadanın Alberta ştatının Kananaskis bölgəsində baş tutacaq. İştirakçıların əsas beynəlxalq və iqtisadi məsələləri müzakirə edəcəyi gözlənilir.
Almaniyanın “Bild” qəzeti daha əvvəl yazmışdı ki, ABŞ prezidenti Avropa ölkələrinin Rusiya prezidenti Vladimir Putinə verdiyi ultimatumla əvvəlcə razılaşsa da, sonradan Rusiya prezidenti ilə görüşəndə fikrini dəyişib.
//Gülnarə Abasova, Editor.az