Tramp jurnalistlərdən daha ağıllı olduğunu iddia edibbackend

Tramp jurnalistlərdən daha ağıllı olduğunu iddia edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə bildirib ki, onlar təyyarədə aparılan koqnitiv testdə onun kimi yaxşı nəticə göstərə bilməzlər.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Tramp deyib: “Koqnitiv testdən keçdim. Mükəmməl bal topladım. Bunu edə bilməzsən. Sən də bacarmazsan.”

Qeyd edək ki, avqustun 5-də Britaniyanın “The Guardian” qəzeti Trampın ictimaiyyət qarşısında çıxışlarında nümayiş etdirildiyi iddia edilən koqnitiv qabiliyyətlərinin pisləşdiyini yazmışdı. Hesabatda ABŞ prezidentinin diqqətinin tez-tez dağıldığı, mövzular arasında irəliləmədən keçdiyi və tutarlı hekayə qura bilmədiyi vurğulanıb.

//Gülnarə Abasova, Editor.az