Tramp Kanadanı gömrük rüsumları ilə hədələdibackend

Tramp Kanadanı gömrük rüsumları ilə hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Kanadanın Amerika istehsalı olan Gulfstream biznes təyyarələrinə sertifikat verməkdən imtina etməsinə cavab olaraq, Vaşinqtonun bütün Kanada istehsalı təyyarələrin sertifikatlarını ləğv etmək qərarı verdiyini açıqlayıb.

Editor.az xəbər verir ki, ABŞ prezidenti bu barədə Truth Social sosial media platformasında paylaşım edib.

Trampın sözlərinə görə, Kanadanın Gulfstream 500, 600, 700 və 800 modellərinin sertifikatlaşdırılmasını uzun müddətdir qanunsuz və hüquqa zidd şəkildə rədd etməsi səbəbindən ABŞ, Bombardier Global Express təyyarələri də daxil olmaqla, Kanada istehsalı olan bütün təyyarələrin sertifikatlaşdırılmasını dayandırmaq qərarına gəlib.

ABŞ prezidenti bildirib ki, Gulfstream təyyarələri Kanada səlahiyyətli qurumlarından tam təsdiq alana qədər onların sertifikatlaşdırılmasından imtina davam edəcək. O, Kanadanın sertifikatlaşdırma prosesi vasitəsilə Gulfstream təyyarələrinin ölkə bazarında satışını faktiki olaraq əngəllədiyini vurğulayıb.

Donald Tramp xəbərdarlıq edib ki, mövcud vəziyyət dəyişməzsə, Kanadadan ABŞ-a satılan bütün təyyarələrə 50 faiz həcmində gömrük rüsumu tətbiq ediləcək.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Kubaya neft tədarük edən ölkələrdən idxal olunan mallara gömrük rüsumları tətbiq etmişdi. Bununla yanaşı, Kuba ABŞ-ın milli təhlükəsizliyinə yönələn təhdidləri aradan qaldırmaq üçün “əhəmiyyətli addımlar” atacağı təqdirdə, həmin qərarın geri götürülə biləcəyi istisna edilməmişdi.

//Gülnarə Abasova, Editor.az