“Livanda döyüş əməliyyatlarının dayandırılması ABŞ və İran arasında atəşkəs şərtlərinə daxil edilməyib, çünki İsraillə “Hizbullah” hərəkatı arasında qarşıdurma ayrıca münaqişədir”.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp PBS telekanalına müsahibəsində bildirib.
“Livan “Hizbullah” səbəbi ilə sazişə daxil edilməyib. Bunun da qayğısına qalınacaq”, – deyə Ağ Evin rəhbəri cavab verib.
Jurnalistlər ondan İsrailin zərbələr endirməyə davam etməsinin onu qane edib-etmədiyini soruşublar: “Bu, sazişin bir hissəsidir – bunu hamı bilir. Bu, ayrıca döyüşdür”, – deyə ABŞ prezidenti bildirib.
Ağ Evin rəhbərindən “Truth Social”da İran sivilizasiyasını məhv etmək imkanı barədə mesajına görə peşman olub-olmadığını soruşduqda, Tramp dəstəyi asıb.

