Tramp Maduro ilə görüşməyə hazır olduğunu bildiribbackend

Tramp Maduro ilə görüşməyə hazır olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Venesuela dövlət başçısı Nikolas Maduro ilə görüşməyə hazır olduğunu təsdiqləyib.

Editor.az xəbər verir ki, Tramp bu barədə “Fox News”a açıqlamasında danışıb. Onun sözlərinə görə, mediada Venesuelaya mümkün hərbi müdaxilə ilə bağlı yayılan məlumatlardan sonra Maduro ilə görüşmək ehtimalını nəzərdən keçirdiyini bildirib.

2026-cı il dünya çempionatına hazırlıq məqsədilə yaradılan işçi qrupunun iclasında çıxış edən ABŞ lideri “Bəli, bəlkə onunla danışaram. Mən hər kəslə danışmağa hazıram”, – deyə qeyd edib.

Tramp həmçinin vurğulayıb ki, Maduronun siyasəti nəticəsində ABŞ-a “ciddi zərər” dəyib. O, ilk növbədə Venesueladan ölkəyə daxil olan keçmiş məhbuslar və narkotik qaçaqmalçılarını misal göstərib. Respublikaçı liderin sözlərinə görə, bu vəziyyət ölkə üçün “əsl fəlakətə” çevrilib. Tramp əlavə edib ki, Maduro digər ölkələrin əvvəllər etdiyi kimi, həbsxanaları boşaldaraq həmin şəxsləri ABŞ-a yönləndirir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da Venesuelaya qarşı hərbi əməliyyat ehtimalı müzakirə edilərkən, Maduronun müxtəlif kanallar vasitəsilə Donald Trampla əlaqə yaratmağa çalışdığı barədə məlumatlar yayılmışdı.

//Gülnarə Abasova, Editor.az