ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında gərginliyin artdığı bir vaxtda Venesuela Prezidenti Nikolas Maduro ilə yaxın zamanda birbaşa görüşmək niyyətində olduğunu müşavirlərinə bildirib.
Editor.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Axiosun ABŞ rəsmilərinə istinadən yazdığına görə, Tramp administrasiyasının hazırda Venesuelaya müdaxilə etmək və ya Maduroya qarşı hər hansı zorakı tədbir görmək planı yoxdur.
Məlumata görə, administrasiyanın yüksək vəzifəli şəxslərindən biri belə deyib: “Hazırda heç kim gedib onu vurmaq və ya qaçırmaq fikrində deyil. Mən heç vaxt ‘heç vaxt’ deməzdim, amma hazırkı plan bundan ibarət deyil.”
Tramp və Maduro arasında nəzərdə tutulan görüşün tarixi hələ dəqiqləşdirilməyib, lakin rəsmi şəxslər görüşün hazırda planlaşdırma mərhələsində olduğunu bildiriblər.
//Gülnarə Abasova, Editor.az

