Paşinyanın sözlərinə görə, beynəlxalq vəziyyət və ABŞ-ın bir sıra regional münaqişələr üzrə danışıqlara cəlb olunması səbəbindən layihə üzrə təmasların intensivliyi səngiyib: “Avqustun 8-də biz Vaşinqtonda ABŞ-la razılığa gəldik.
Editor.az xəbər verir ki, daha sonra Ukrayna və Yaxın Şərq ətrafında gərgin vəziyyət yarandı ki, burada prezident Donald Tramp və onun administrasiyası birbaşa iştirak edir. Eyni insanlar, eyni komanda bu layihədə (TRİPP) işləyir. Bu reallıqlar prosesin sürətinə mütləq təsir edir”, – Nikol Paşinyan bildirib. Ermənistanın baş naziri qeyd edib ki, hazırda “məzmun hazırlığı” üzərində iş gedir. Layihə üzrə lazımi sənədlərin hazırlanması prosesi başlayıb.
Xatırladaq ki, sentyabrın əvvəlində Ermənistan hakimiyyəti TRIPP layihəsi çərçivəsində hesablamalar aparmaq üçün ABŞ nümayəndələrinin ölkəyə səfərinin planlaşdırıldığını bildirmişdi.
//Samir Qurbanov, Editor.az

