ABŞ prezidenti Donald Tramp Milli təhlükəsizlik tələb edərsə, kritik mineral hasilatı və silah istehsalının sürətini artırmaq üçün Müdafiə İstehsalı Aktı çərçivəsində səlahiyyətlərini genişləndirməyi planlaşdırır.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Bunun üçün siyasətçi fövqəladə səlahiyyətlərdən istifadə etməyi və Konqresin maliyyələşdirmə tələblərini azaltmağı hədəfləyir. Mövcud müdafiə istehsalı qanunu prezidentin səlahiyyətlərini məhdudlaşdırır, dəyəri 50 milyon dollardan çox olan layihələr Konqresdən təsdiq tələb edir. Tramp bu tələbləri ləğv etmək istəyir.
Respublikaçılar Partiyası mart ayında ABŞ-da istehlak malları, kompüter çipləri, robotlar və qabaqcıl silahlar istehsal etmək üçün istifadə olunan mineralların çıxarılmasını dəstəkləmək üçün oxşar tədbirlər tətbiq edib.
//Gülnarə Abasova, Editor.az