“Tramp məni işdən qovub” – Emin Ağalarovbackend

“Tramp məni işdən qovub” – Emin Ağalarov 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Emin Ağalarov rusiyalı jurnalistlərə verdiyi son müsahibədə maraqlı açıqlama verib. 

Lent.az xəbər verir ki, müğənni “Məni həyatımda cəmi bir dəfə işdən qovublar, o da öz xahişimlə. Məni işdən qovan adam Tramp idi”,- deyə bildirib.

Emin qeyd edib ki, bu hadisə onun klip çəkilişləri üçün təşkil edilib.

“Amerikadaydıq. Klip çəkilişlərimiz gedirdi. Trampla təsadüfən qarşılaşdıq. Ona təklif elədim, razılıq verdi. Elə Trampın iclas otağında o səhnə çəkildi”,- deyə Xalq artisti bildirib.