Tramp: “Mənim 2026-cı il üçün yeganə planım sağ qalmaqdır”backend

Tramp: “Mənim 2026-cı il üçün yeganə planım sağ qalmaqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp 2026-cı ilə dair planları barədə jurnalistlərin suallarını cavablandırarkən maraqlı açıqlama verib.

Editor.az xəbər verir ki, Tramp seçkilərdə iştirak edib-etməyəcəyi və müəyyən namizədlərə dəstək verib-verməyəcəyi ilə bağlı suala belə cavab verib.

“Mənim 2026-cı il üçün planım sadəcə sağ qalmaqdır. Hazırkı siyasət mühiti dəli vəziyyətdədir”, – deyə o bildirib.

Tramp həmçinin Demokratları təhlükəli ritorikadan istifadə etməkdə günahlandırıb:

“Bilirsiniz, bu çılğın demokratların ritorikası çox təhlükəlidir. Onlar siyasəti təhlükəli ediblər. Amma bizim görəcəyimiz işlərdən amerikalılar çox razı qalacaqlar”.

ABŞ prezidentinin sözlərinə görə, ölkə bu günədək tətbiq olunan tariflərdən 200 milyard dollar gəlir əldə edib, illik hədəf isə 1 trilyon dollardır.

Xatırladaq ki, ABŞ-da aralıq seçkilər 2026-cı ilin 7 aprel – 3 noyabr tarixləri arasında keçiriləcək. Prezident seçkilərindən iki il sonra təşkil olunan bu seçkilər Konqresin hər iki palatasının yeni tərkibini müəyyən edəcək.

// Gülnarə Abasova, Editor.az