ABŞ-ın Rusiya Federasiyasındakı keçmiş səfiri Maykl Makfol bildirib ki, ABŞ administrasiyası Rusiyaya Ukraynada atəşkəs üçün bir sıra təkliflər edib.
Editor.az xəbər verir ki, söhbət işğal olunmuş ərazilərin saxlanılmasından və Ukraynanın NATO-ya üzv olmamasından gedir.
Bundan əlavə, keçmiş səfirin sözlərinə görə, daha iki təklif var. Bu, Amerika qoşunlarının Ukraynada olmaması, ABŞ qoşunlarının Avropadan, o cümlədən cəbhəyanı dövlətlərdən çıxarılması və sanksiyaların yumşaldılmasıdır.
“Trampın komandasının Putinə aşağıdakıları təklif etdiyi bildirilir:
Ukrayna ərazisi;
Ukraynanın NATO-ya üzv olmaqdan imtinası;
Amerika hərbçilərinin Ukraynada olmasına qadağa;
Amerika əsgərlərinin Avropadan, o cümlədən cəbhəyanı dövlətlərdən çıxarılması;
Sanksiyaların yüngülləşdirilməsi.
“Bunların əvəzində Putin heç nə təklif etməyib”, – diplomat yazıb.
//Samir Qurbanov, Editor.az