ABŞ prezidenti Donald Tramp aprelin 24-də Ukrayna ilə təbii sərvətlərə dair sazişin imzalana biləcəyini açıqlayıb və Ukraynanı Rusiya ilə münaqişəyə sürükləməsinin həm Kiyev, həm də Vaşinqton üçün “ağılsız” addım olacağını deyib.
Editor.az bu barədə xarici mediaya istinadla yazır.
“Düşünürəm ki, mədən sazişi gələn cümə axşamı, aprelin 24-ü imzalanacaq. Ümid edirik ki, onlar razılaşmaya sadiq qalacaqlar, görəcəyik”,- Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Ukrayna baş nazirinin müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko çərşənbə günü ABŞ-la mədən sazişi üzərində işdə irəliləyiş olduğunu və sənədin rəsmiləşdirilməsinin tezliklə başa çatacağına ümid etdiklərini bildirib.
Qeyd edək ki, nadir torpaq metalları sazişinin imzalanması fevralın sonunda Vladimir Zelenskinin Vaşinqtona səfəri zamanı kəsilib. Tramp Zelenskini hörmətsizliyə görə tənqid edib, vitse-prezident J.D.Vens isə öz növbəsində Ukrayna liderini “demokratlar üçün nankor kampaniyaçı” adlandırıb. Bu diplomatik gərginlikdən sonra Zelenskidən Ağ Evi tərk etməsi tələb olunub.
//Gülnarə Abasova, Editor.az