Tramp: “Ölkəmizi geri qazandıq”backend

Tramp: “Ölkəmizi geri qazandıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni administrasiyamız 4 həftədə əksər administrasiyaların 4 ildə əldə etdiyindən daha çox nailiyyət əldə etdi. Biz ölkəmizi geri qazandıq”.

Editor.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp fevral ayında elan etdiyi “Milli Qaradərili Tarix Ayı” münasibəti ilə Ağ Evdə təşkil etdiyi qəbul zamanı deyib. O, qaradərili amerikalıların ölkəyə verdiyi töhfələri vurğulayıb. Qaradərili amerikalıların ölkəyə böyük töhfələr verdiyini və bu töhfələri heç vaxt unutmayacaqlarını qeyd edən Tramp qazandığı seçkilərdə çoxlu qaradərili amerikalının ona səs verməsindən çox xoşbəxt olduğunu bildirib.

Donald Tramp bəyan edib ki, onun administrasiyası ölkənin iqtisadi gücünü bərpa etməyə və Amerika işçilərini müdafiə etməyə kömək edəcək qarşılıqlı tariflər siyasəti həyata keçirir. “Bizim qarşılıqlı tariflər sistemimiz var. Əgər başqa ölkələr bizdən tariflər alırsa, biz onlardan alırıq. Bu, yeni imkanlar açır, biz indicə qanun imzaladıq və o, milyardlarla və milyardlarla dollar gəlir gətirəcək. Biz ölkəmizi yenidən sağlam və zəngin edirik”, – Tramp bildirib. Tramp administrasiyasının ilk dörd həftədə əvvəlki illərin nailiyyətlərini üstələyən iqtisadi nailiyyətlər əldə etdiyini deyib.

Bundan əlavə, Tramp amerikalı işçilərini qorumaq siyasətinin və qeyri-qanuni mühacirlərə qarşı sərt tədbirlərinin ABŞ iqtisadiyyatını gücləndirəcəyini və amerikalıların vəziyyətini yaxşılaşdıracağını vurğulayıb.

//Gülnarə Abasova, Editor.az