ABŞ Prezidenti Donald Tramp onun barəsində yayılan ölüm şayiələrinə cavab verib.
Editor.az xəbər verir ki, o “Truth Social” platformasında paylaşım edərək səhhətinin yaxşı olduğunu açıqlayıb.
“Ömrümdə heç vaxt indiki qədər yaxşı hiss etməmişəm”, – deyə Tramp qeyd edib.
Trampın ölüm xəbərləri avqustun sonunda onun qısa müddət ictimaiyyət qarşısında görünməməsi fonunda yayılıb. Həmin vaxt bəzi media orqanları ABŞ Prezidentində guya ölümcül xəstəliyin aşkarlandığını iddia etmişdilər.
//Samir Qurbanov, Editor.az

