Tramp Orbanı Ukraynanın Aİ-yə üzvlüyünə qoyduğu vetodan imtina etməyə razı salıbbackend

Tramp Orbanı Ukraynanın Aİ-yə üzvlüyünə qoyduğu vetodan imtina etməyə razı salıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın sabiq prezidenti Donald Tramp, Macarıstanın baş naziri Viktor Orbanı Ukraynanın Avropa İttifaqına üzvlüyünə qoyduğu vetodan imtina etməyə razı salıb.

Editor.az xəbər verir ki, məlumata görə, Trampın Orbanla danışığı nəticəsində Macarıstan Kiyevin Aİ-yə inteqrasiyası prosesinə mane olmamağa razılıq verib.

Eyni zamanda qeyd olunur ki, hazırda Avropa İttifaqında Ukrayna və Moldovanın üzvlük müraciətlərinin ayrı-ayrılıqda nəzərdən keçirilməsi məsələsi müzakirə olunur. Bu yanaşmanın məqsədi – Ukraynanın qarşılaşdığı çətinliklərin Moldovanın inteqrasiyasını ləngitməsinin qarşısını almaqdır.

Bununla belə, bu ideyanın həm Aİ daxilində, həm də Kiyevdə əleyhdarları var.

//Samir Qurbanov, Editor.az