ABŞ prezidenti Donald Tramp özünü 30 il əvvəlkindən daha yaxşı hiss etdiyini bildirib.
Editor.az xəbər verir ki, o, bu fikri Newsmax telekanalına verdiyi müsahibə zamanı səsləndirib.
“Hazırda özümü 30 il əvvəl hiss etdiyimdən də yaxşı hiss edirəm. Əslində, bəlkə də 30–40 il əvvəlkindən belə daha enerjiliyəm”, – Tramp vurğulayıb.
Qeyd edək ki, Donald Tramp sentyabrın 1-də səhhəti ilə bağlı yayılan şayiələrə ilk dəfə münasibət bildirib. ABŞ prezidenti Truth Social sosial media platformasında paylaşım edərək, “Həyatımda heç vaxt indiki qədər yaxşı hiss etməmişəm”, – deyə yazıb.
Xatırladaq ki, avqustun sonunda sosial şəbəkələrdə Trampın səhhəti və hətta ölümünə dair iddialar yayılmışdı. Onun tərəfdarları prezidentin bir neçə gün ictimaiyyət qarşısına çıxmamasını əsas gətirərək müxtəlif nəzəriyyələr irəli sürüblər.
Bəzi paylaşımlarda Trampın sağ əlindəki qançırın görüntüləri də müzakirə edilib. Bundan başqa, sosial mediada ABŞ hökumətinin hərbi və beynəlxalq böhranlarla bağlı “pizza indeksinin” (Pentaqonun ərzaq sifarişlərinin həcmi) artması ilə bağlı fərziyyələr də yayılıb.
// Gülnarə Abasova, Editor.az

