Tramp özünü qalib elan etdi: Partiya “böyük bayrama” hazırlaşırbackend

Tramp özünü qalib elan etdi: Partiya “böyük bayrama” hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp öz seçicilərini qələbə münasibətilə təbrik edib.

Editor.az Trend-ə istinadən bildirir ki, prezident seçkilərindən sonra çıxış edən D.Tramp bir çox əsas ştatda qalib gəldiyini bildirib.

O bildirib ki, Respublikaçılar partiyası Ohayo, Florida, Texas, Şimali Karolina və Corciya ştatlarında üstün olub.

D.Tramp əlavə edib ki, partiya “böyük bayrama” hazırlaşır.

Qeyd edək ki, hazırda ABŞ-da səslərin sayılması davam edir. Demokrat namizəd Co Bayden 225 seçki kollegiyasının, D.Tramp isə 213 seçki kollegiyasının səsini qazanıb. Hələlik 9 ştat üzrə nəticələr açıqlanmayıb.

Loading...