ABŞ Prezidenti Donald Tramp Rusiyaya münasibətdə aylardır nümayiş etdirdiyi nisbətən yumşaq mövqedən geri çəkilərək sərt kursa keçib.
Editor.az xəbər verir ki, o, Pentaqona ABŞ ordusunu yalnız Çinə deyil, eyni zamanda Rusiyaya qarşı da mümkün qarşıdurmaya hazırlamağı tapşırıb.
Fox News-un məlumatına görə, ABŞ müdafiə naziri Pit Hegset açıqlamasında prezidentdən ordunun genişmiqyaslı yenidən qurulması barədə göstəriş aldığını təsdiqləyib. Onun sözlərinə görə, bu addım uzunmüddətli strategiyanın tərkib hissəsi kimi ABŞ-ın ən böyük rəqiblərinin yaratdığı təhdidlərin qarşısını almağa yönəlib.
ABŞ mətbuatında həmçinin qeyd olunur ki, Tramp Rusiya prezidenti Vladimir Putinə olan etimadını itirib və Kremlə qarşı yeni sanksiyaların tətbiqini də nəzərdən keçirir.
//Samir Qurbanov, Editor.az

