Tramp Polşadakı ABŞ əsgərlərinin sayını artıra bilərbackend

Tramp Polşadakı ABŞ əsgərlərinin sayını artıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Karol Navrocki ilə görüşü zamanı pilotsuz təyyarə insidentindən sonra Polşaya əlavə ABŞ hərbçilərinin göndərilməsi ideyasını irəli sürüb.

Editor.az bu barədə Wall Street Journal-a istinadla yazır.

“Tramp bu ayın əvvəlində Vaşinqtona səfəri zamanı Polşanın yeni seçilmiş prezidenti Karol Nawrockini səmimiyyətlə qarşıladı və hətta Polşaya daha çox qoşun göndərmək fikrini irəli sürdü”,-deyə o bildirib.

Nəşr qeyd edib ki, NATO ölkələri iyun ayında hərbi xərcləri iki dəfədən çox artırmağa razılaşıblar.

//Gülnarə Abasova, Editor.az