Tramp: “Prezident olsaydım, Ukrayna və 7 oktyabr hücumları baş verməzdi”backend

Tramp: “Prezident olsaydım, Ukrayna və 7 oktyabr hücumları baş verməzdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 5 noyabr seçkilərində mümkün rəqibi Co Baydenin Çin və Rusiyaya qarşı zəif olduğunu və bu müddətdə özünün prezident olacağı təqdirdə Ukrayna gərginliyi və HƏMAS-ın 7 oktyabr hücumlarının baş verməyəcəyini bildirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, 5 noyabr seçkilərində Respublikaçıların prezidentliyə ən güclü namizədi olan Tramp yanvarın 15-də praymerizlərin başlayacaq Ayova ştatında Fox News-da canlı yayıma qatılıb və partiyadakı digər rəqibləri, keçmiş ABŞ daimi BMT nümayəndəsi Nikki Haley və Florida qubernatoru Ron DeSantis CNN-də canlı yayımda yayıma qatıldığı axşam saatlarında başqa kanala üstünlük versə də, daxili və xarici siyasətlə bağlı bir çox mövzuya toxunub.

Trump prezident olsaydı, Rusiyanın Ukraynaya girə bilməyəcəyini iddia edib. Tramp həmçinin HƏMAS tərəfindən əsir götürülən heç bir amerikalının hələ də xilas edilmədiyini qeyd edib və Bayden administrasiyasının bu məqamda “zəif liderlik” göstərdiyini bildirib. Digər tərəfdən, daxili siyasətlə bağlı da qiymətləndirmələr edən Tramp ölkədə ciddi qeyri-qanuni mühacir probleminin olduğunu və Baydenin heç bir şey etmədiyini iddia edib.

Nyu Yorkdakı məktəbdə sığınacaq sahəsi ayrılan qeyri-qanuni mühacirlərə də toxunan Tramp prezident olacağı təqdirdə ABŞ-a qeyri-qanuni yollarla daxil olan hər kəsin deportasiya ediləcəyini bildirib.

//Gülnarə Abasova, Editor.az