Tramp: “Putinə görə çox məyusam”backend

Tramp: “Putinə görə çox məyusam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp rusiyalı diktator Vladimir Putinə qarşı dərin məyusluğunu ifadə edib.

Editor.az xəbər verir ki, o, ABŞ-ın mövcud vəziyyətdə hərbi və humanitar tədbirlər görəcəyini bildirib.

“Putinə görə çox məyusam. Minlərlə insan mənasız bir müharibədə həyatını itirir. Əgər mən prezident olsaydım, bu müharibə heç başlamazdı”, – Tramp politoloq Skott Dzeninqslə telefon müsahibəsində deyib.

O əlavə edib ki, ABŞ “həyatları xilas etmək üçün tədbir görəcək”. Trampın sözlərinə görə, hər həftə təxminən 7 min nəfər hərbçi həyatını itirir.

//Samir Qurbanov, Editor.az