ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə bağlı mövqeyini dəyişib. Bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, cəmi beş ay əvvəl Tramp Putinin guya Ukraynada sülh istədiyini deməklə cəmiyyətin təəccübünə səbəb olmuşdu. Lakin son günlərdə Tramp bu məsələ ilə bağlı fikrini kəskin şəkildə dəyişib.
Mənbənin məlumatına görə, ABŞ Prezidenti sonuncu telefon danışığının nəticələrindən narazılığını açıq şəkildə ifadə edib. Hökumət iclasında Tramp qeyd edib ki, uzun illərdir müdafiə etdiyi və tənqid etməkdən çəkindiyi Putin etibarsız tərəfdaş ola bilər.
//Samir Qurbanov, Editor.az

