ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin açıqlamalarını tənqid edib. Trampın çıxışı Ağ Evin rəsmi YouTube kanalında yayımlanıb.
“Biz Putindən çoxlu çənə eşidirik. Bu həmişə yaxşı səslənir, amma nəticədə heç bir mənası yoxdur”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti həmçinin Ukraynaya silah tədarükünü davam etdirəcəyini vəd edib. Onun sözlərinə görə, Vaşinqton əsasən Kiyevə müdafiə xarakterli silahlar göndərəcək.
Tramp bundan əvvəl Putinlə telefon danışığını şərh edərək, bu söhbətdən çox məyus olduğunu söyləmişdi. O, eyni zamanda Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışdığını da qeyd edib və bu söhbəti “yaxşı” adlandırıb. Trampın sözlərinə görə, Zelenski böyük təzyiq altındadır.
//Samir Qurbanov, Editor.az

