ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynada apardığı müharibəni “uğursuz və uzanan” adlandıraraq Vladimir Putini kəskin tənqid edib.
Tramp çıxışı zamanı qeyd edib ki, Rusiya rəhbərliyi illərdir davam edən hərbi əməliyyatlarla məqsədinə nail ola bilməyib və bu, Kreml üçün zəiflik göstəricisidir.
ABŞ prezidentinin bu fikirləri Virciniyadakı Kvantiko hərbi bazasında amerikalı generallar qarşısında çıxışı zamanı səsləndirilib. Çıxışdan fraqmentləri Clash Report yayımlayıb.
//Samir Qurbanov, Editor.az

