Tramp: “Putinlə münasibətlərim çox yaxşıdır, çünki o, güclüdür, zəiflərlə anlaşmıram”backend

Tramp: “Putinlə münasibətlərim çox yaxşıdır, çünki o, güclüdür, zəiflərlə anlaşmıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib ki, o, Rusiya lideri Vladimir Putinlə yaxşı anlaşır, çünki güclü liderlərlə əlaqələr qurmaq daha asandır.

Editor.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının yeni prezident seçkilərində namizədi Donald Tramp Impaulsive YouTube kanalına verdiyi açıqlamada belə deyib.

Digər tərəfdən Tramp prezidentliyi boyunca rusiyalı həmkarına qarşı çox sərt münasibət bəslədiyini ifadə edərək, sözlərini belə davam etdirib: “Qəribədir, amma mənə zəiflə deyil, güclülərlə münasibət qurmaq daha asandır. Mən zəif insanlarla yaxşı yola getmirəm”.

Rusiya lideri Putin keçən fevral ayında amerikalı jurnalist Taker Karlsonla müsahibəsi zamanı Trampla yaxşı münasibətdə olduğunu bildirmişdi.

//Gülnarə Abasova, Editor.az