ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiyanın dövlət başçısı Vladimir Putinlə Alyaskada keçiriləcək sammitdən sonra Ukrayna ilə bağlı ikinci görüşün təşkilinə yaxşı şans var.
Bu barədə Clash Report məlumat yayıb.
Trampın sözlərinə görə, əgər ilk görüş uğurla keçərsə, o, demək olar ki, dərhal Putin, Ukrayna prezidenti Vladimir Zelenski və özünün iştirakı ilə yeni bir görüş keçirmək istədiyini vurğulayıb. Lakin o əlavə edib ki, əgər Putinlə danışıqlar zamanı “lazımi cavablar” almasa, ikinci görüş baş tutmayacaq.
//Samir Qurbanov, Editor.az

