ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacaq.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” hesabında məlumat verib.
Tramp bildirib ki, danışıq Vaşinqton vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00) baş tutacaq.
Bundan əvvəl, Rusiya Prezidenti Vladimir Putin də iyulun 3-ü axşamı ABŞ Prezidenti Donald Trampla telefon danışığı planlaşdırdığını açıqlayıb. O, həmçinin rus brendlərinin inkişafını nümayiş etdirən sərgidə çıxışı zamanı Trampla aparılacaq söhbətdə Amerikanın bazarına bu materialların təqdim olunmasını təklif edəcəyini bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə açıqlamasında iyulun 3-ü axşam saat 18:00-19:00 arası beynəlxalq telefon danışığının keçiriləcəyini və bunun barədə əlavə məlumatın veriləcəyini qeyd edib. Lakin danışığın tərəfləri barədə dəqiq məlumat verməyib.