Tramp qalib gələrsə, Şimali Koreya nüvə danışıqlarını bərpa edə bilərbackend

Tramp qalib gələrsə, Şimali Koreya nüvə danışıqlarını bərpa edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp ABŞ seçkilərində qalib gələrsə, Şimali Koreya Tramp administrasiyası ilə nüvə danışıqlarını davam etdirməyi planlaşdırır.

Editor.az bu barədə Reuters-a istinadla xəbər verir. Agentlik öz qənaətini bu yaxınlarda Cənubi Koreyaya qaçmış Şimali Koreyanın yüksək rütbəli diplomatı Ri İl-gyu ilə müsahibə əsasında hazırlayıb. Onun sözlərinə görə, Şimali Koreya Rusiya, ABŞ və Yaponiya ilə münasibətləri yaxın illərdə xarici siyasət prioritetləri kimi müəyyənləşdirib. Ri bəyan edib ki, Şimali Koreya diplomatları sanksiyaları ləğv etmək və iqtisadi yardım almaq üçün nüvə proqramı üzrə danışıqların bərpasına ümid edirlər. Onun sözlərinə görə, Şimali Koreya lideri Kim Çen In və Tramp arasında 2019-cu ildə Vyetnamda keçirilən sammit uğursuz olub, çünki Şimali Koreya lideri danışıqları “təcrübəsiz, cahil” hərbi komandirlərə həvalə edib. İndi vəziyyət dəyişib və iş mütləq Xarici İşlər Nazirliyinə veriləcək.

Qeyd edək ki, iyulun 29-da Cənubi Koreya Şimali Koreyanın ABŞ seçkilərindən əvvəl nüvə silahı sınaqdan keçirə biləcəyi barədə xəbərdarlıq edib.

//Gülnarə Abasova, Editor.az