Tramp: “Qəzzadakı uğur İranın zəifləməsi ilə bağlıdır”backend

Tramp: “Qəzzadakı uğur İranın zəifləməsi ilə bağlıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bildirib ki, bu yay İranın nüvə obyektlərinə zərbə endirilməsəydi, Qəzza razılaşmasına nail olmaq mümkün olmazdı.

Editor.az xəbər verir ki, dövlət başçısı bu fikirləri xarici mediaya istinadən səsləndirib.

Trampın sözlərinə görə, İranın nüvə infrastrukturu məhv edilməsəydi, regionda gərginlik daha da artacaq, Qəzzada əldə olunan sülh prosesi baş tutmayacaqdı:

“Əgər biz İranın nüvə obyektini məhv etməsəydik və eyni sövdələşməni imzalamasaq, onun üzərində qara buludlar dolaşardı, insanlar isə küçələrdə rəqs etməzdilər,” – deyə ABŞ prezidenti vurğulayıb.

O əlavə edib ki, İranın zəifləməsi Fələstinin HƏMAS hərəkatını daha çox birləşdirib və ərəb-müsəlman ölkələrinin Qəzzə ilə bağlı sülh razılaşması əldə etmək üçün bir araya gəlməsinə şərait yaradıb.

Xatırladaq ki, oktyabrın 9-da Donald Tramp İsrail və HƏMAS arasında Qəzza zolağında sülh planının birinci mərhələsinə dair razılaşmanın imzalandığını elan edib. Razılaşmaya əsasən, bütün girovların “çox qısa müddətdə” azad olunması və İsrail qoşunlarının razılaşdırılmış xətlərə çəkilməsi nəzərdə tutulur.

// Gülnarə Abasova, Editor.az