Tramp: “Razılaşma əldə olunmasa, o ölkə və təəssüf ki, xalqı üçün çox pis gün olacaq”backend

Tramp: “Razılaşma əldə olunmasa, o ölkə və təəssüf ki, xalqı üçün çox pis gün olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trump bəzi media qurumlarında yayılan məlumatları təkzib edərək, ABŞ generalının İrana mümkün hücumun əleyhinə olması barədə iddiaların həqiqəti əks etdirmədiyini bildirib. O, həmçinin Tehrana Vaşinqtonla razılaşma əldə etməyə çağırış edib və əks halda İranı çox pis günün gözlədiyini deyib.

Editor.az xəbər verir ki, Tramp Truth Social hesabında paylaşdığı açıqlamada “saxta xəbər mediası”nın dövriyyəyə buraxdığı məlumatların əsassız olduğunu vurğulayıb. O qeyd edib ki, bəzi xəbərlərdə Baş Qərargah rəisi, general Dan Cainein (bəzən Razin kimi də təqdim olunur) ABŞ-ın İranla müharibəyə girməsinə qarşı olduğu iddia edilir, lakin bu məlumatlar 100 faiz yanlışdır.

Trampın sözlərinə görə, general Keyn də hər kəs kimi müharibə istəmir, lakin İranla bağlı hərbi qərar veriləcəyi təqdirdə bunun asanlıqla qazanılacaq əməliyyat olacağı qənaətindədir. ABŞ Prezidenti bildirib ki, general İranın nüvə proqramına qarşı həyata keçirilmiş “Midnight Hammer” əməliyyatına rəhbərlik edib və həmin zərbələr nəticəsində proqram tamamilə məhv edilib.

“İranla bağlı mümkün müharibə haqqında yazılanların hamısı yanlışdır və qəsdən bu cür təqdim olunur. Qərarı verən mənəm. Mən razılaşmanın əldə olunmasını, əldə olunmamasından üstün tuturam. Lakin razılaşma baş tutmasa, bu, həmin ölkə və təəssüf ki, onun xalqı üçün çox pis gün olacaq. Halbuki onlar möhtəşəm insanlardır və belə bir vəziyyətlə üzləşməməlidirlər”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Axios və The Washington Post nəşrlərinin yaydığı məlumatlarda general Den Keynin Trampı İrana qarşı hərbi əməliyyatın ciddi riskləri, o cümlədən ABŞ itkiləri və uzunmüddətli münaqişə təhlükəsi barədə xəbərdar etdiyi bildirilmişdi.

//Gülnarə Abasova, Editor.az