Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya və Çini bir-birindən uzaqlaşdırmağa çalışacağını bildirib.
Editor.az xəbər verir ki, o, bu barədə jurnalist Taker Karlsona müsahibəsində bildirib. Siyasətçinin sözlərinə görə, Rusiya və Çin ABŞ-ın hazırkı prezidenti Co Baydenin siyasəti nəticəsində birləşib. “Onları ayırmalıyam. Düşünürəm ki, mən bunu edə bilərəm”, – respublikaçı bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin BRİKS sammiti çərçivəsində Kazanda Çin prezidenti Xi Jinping ilə görüşündə Moskva ilə Pekin arasındakı əməkdaşlığın, ölkələr arasında münasibətlərin bərabər və fürsətçi olmayan əsaslar üzərində qurulmasının bir nümunəsi olduğunu bildirib.
//Gülnarə Abasova, Editor.az