Tramp: Rusiya-Ukrayna müharibəsinin nizamlanması naminə Putinlə danışığa hazırambackend

Tramp: Rusiya-Ukrayna müharibəsinin nizamlanması naminə Putinlə danışığa hazıram

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, o, Rusiya-Ukrayna münaqişəyə son qoymağa nail olmaq üçün Rusiya lideri Vladimir Putinlə əlaqə saxlamaq niyyətindədir.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

“Prezident Putinlə danışacağıq və Prezident Zelenski (Volodimir-red), Ukrayna nümayəndələri ilə danışacağıq”, – Tramp deyib.

O vurğulayıb ki, Moskva ilə Kiyev arasında münaqişəni dayandırmaq lazımdır.

Tramp noyabrın əvvəlində “NBC News”a müsahibəsində də Putinlə telefon danışığının mümkünlüyünü istisna etməyib.