ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinin dayandırılması üçün irəli sürdüyü sülh planını təşviq etmək məqsədilə yeni xüsusi nümayəndə təyin edib.
“The Guardian”ın məlumatına görə, bu vəzifəyə ABŞ Ordusunun naziri Dan Driskoll gətirilib.
Mənbələrin bildirdiyinə görə, yaxın günlərdə ABŞ hərbi rəhbərliyindən ibarət geniş nümayəndə heyəti — bir neçə yüksək rütbəli general — gələn həftənin sonunda Moskvaya səfər etməyi planlaşdırır. Səfərin əsas məqsədi ABŞ-ın sülh planının detalları üzrə Kreml nümayəndələri ilə birbaşa danışıqlar aparmaqdır.
Driskollun təyinatının Tramp administrasiyası üçün xüsusi əhəmiyyət daşıdığı bildirilir. Qeyd olunur ki, Driskoll ABŞ-ın hazırkı vitse-prezidenti Cey Di Vensin keçmiş sinif yoldaşı və yaxın dostudur, bu da onun Tramp komandasında siyasi çəkisini daha da artırır.
Musavat.com

