Tramp Rusiya və digər ölkələrin ondan qorxduğunu deyibbackend

Tramp Rusiya və digər ölkələrin ondan qorxduğunu deyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Rusiya və digər ölkələr onun Ağ Evdə olduğu müddətdə onun reaksiyasından qorxduqları üçün münaqişələrə təşəbbüs göstərməyiblər.

Editor.az “The Sunday Times”a istinadla xəbər verir ki, o, bu barədə Miluokidə Respublikaçıların Milli Qurultayında çıxış edib. “Mən öyünən insan deyiləm, lakin [Macarıstanın baş naziri] Viktor Orban mənim haqqımda belə dedi: Rusiya ondan qorxurdu, Çin ondan qorxurdu, hamı ondan qorxurdu”, – deyə siyasətçi çıxışında bildirib. Trampın sözlərinə görə, onun prezidentliyi dövründə “bütün dünya sülh içində idi”, indi isə “dünya partlayır”.

Qeyd edək ki, iyulun 18-i axşam saatlarında Donald Tramp Respublikaçılar Partiyasının Milvokidə keçirilən Milli Qurultayda ABŞ prezidentliyinə namizədliyini rəsmən qəbul edib. ABŞ-da 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.

//Gülnarə Abasova, Editor.az