ABŞ Prezidenti Donald Tramp Ukraynada sülh əldə olunmazsa, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini yenidən mümkün hesab edib.
Oxu.Az xəbər verir ki, Ağ Ev rəhbəri bunu “Fox News” telekanalına müsahibəsində deyib.
O, sanksiyaların dağıdıcı olacağına söz verərək, neftin qiymətinin aşağı olması səbəbindən Rusiyada iqtisadi vəziyyəti ağır adlandırıb:
“Hind toyuğunu hazırlamağın vaxtıdır”.