Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Çin və Rusiya ilə bağlı planlarını bölüşübbackend

Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Çin və Rusiya ilə bağlı planlarını bölüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya Federasiyası və Çinlə münasibətləri yaxşılaşdıracağına söz verib.

Editor.az bu barədə RİA Novosti-yə istinadla yazır. Agentliyin məlumatına görə, keçmiş amerikalı lider bloger Faroq Sarmada müsahibəsi zamanı oxşar bəyanatla çıxış edib. O, görüş zamanı Pekini və Moskvanı Vaşinqtonun düşməni kimi görmədiyini vurğulayıb. Bundan əlavə, keçmiş prezident Ukraynadakı silahlı münaqişəyə son qoymaq arzusunu ifadə edib.

Sentyabrın 15-də Tramp Yalta Avropa Strategiya forumundakı çıxışı üçün videomüraciət yazıb və orada Ukrayna böhranının həlli üçün iki komponenti qeyd edib. ABŞ prezidentliyinə namizədin dediyi kimi, atəşkəsə “ruhun və hikmətin gücü” ilə nail olmaq lazımdır. Siyasətçi Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskini də yaxşı tanıdığını bildirib. Ağ Evin keçmiş sahibi 2022-ci ildə hələ də hakimiyyətdə olsaydı, Moskva ilə Kiyev arasında silahlı münaqişə olmayacağını açıqlayıb.

//Gülnarə Abasova, Editor.az