Respublikaçı namizəd Donald Tramp prezident seçkilərində məğlub ola bilər, lakin o, yenə də ABŞ prezidenti olacaq.
Editor.az bu barədə “Politico”ya istinadən yazır. Nəşrin müəlliflərinin fikrincə, Tramp seçkilərin nəticələrinin tanınmamasını tələb etmək və saxtakarlıqda əsassız ittihamlar irəli sürmək üçün məhkəməyə müraciət edə bilər. Bu yolla o, məmurlara və konqres üzvlərinə təzyiq edə bilər. Bundan sonra Tramp Respublikaçılar Partiyasının çoxluğa malik olduğu ştatın qanunverici orqanlarına alternativ seçicilərin təyin edilməsini xahiş edə bilər. Keçmiş prezident daha sonra ABŞ Konqresinin Demokratların namizədi Kamala Harrisə verilən 270 nümayəndə səsini təsdiq etməməsinə cəhd edə bilər, bundan sonra prezident seçkiləri Respublikaçıların kifayət qədər səs toplaya biləcəyi Nümayəndələr Palatasına veriləcək.
//Gülnarə Abasova, Editor.az

